top-phone Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Xidmətlər

“Azfire Safety” şirkətinin təqdim etdiyi xidmətlər çeşidi geniş olmaqla bir sıra təhlükəsizlik sistemlərini özündə birləşdirir. Təqdim olunan xidmət növləri üzrə uyğun olaraq quraşdırılma və layihələndirmə xidmətləri də təqdim olunur.

Yanğın söndürən toplar
Yanğından mühafizə zamanı müasir dövrümüzdə bir sıra yeniliklər tətbiq olunmaqdadır. Bunlardan biri də yanğın söndürən toplardır. Müxtəlif ölçüdə olmaqla bu topların tətbiq sahələri yaşayış və qeyri-yaşayış sahələri, istehsal müəssisələri istənilən fəaliyyət sahələri ola bilər. İstifadədə çox asan olan bu vasitə ölçülərinə görə fərqlənir.

Avtomatik yanğın söndürmə sistemləri
Şirkət tərəfindən avtomatik yanğın söndürmənin sulu, qazlı və köpüklü növləri təqdim olunur. İstifadə olunan avadanlıq bütün növ standartlara cavab verməklə keyfiyyət və təhlükəsizlik tələblərinə də uyğundur. Təklif olunan xidmətlərin reallaşdırılması üzrə şirkət avropanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir. Avtomatik yanğın söndürmə sistemini tərkib elementləri xəbərdaredicilər, idarəetmə panelləri, modullar bütün təhlükəsizlik standartlarına uyğun şəkildə layihələndirilir.

Yanğın-mühafizə siqnalizasiyası
Yanğın-mühafizə siqnalizasiyasının başlıca vəzifəsi yanğının ilkin mərhələsində yanğın ocağının, tüstülənmənin aşkarlanması və uyğun sistemlərin və xidməti qurumların xəbərdar edilməsidir. Yanğın mühafizə siqnalizasiyası texniki vasitələrin mürəkkəb birləşməsi olmaqla, fövqəladə halların irəliləməsi və inkişafının qarşısını alır, yanğından mühafizəni təmin edir, mühafizə olunan obyektin təhlükəsizliyinə nəzarət edir. “Azfire Safety “ şirkəti yanğın-mühafizə siqnalizasiyasının layihələndirilməsini, quraşdırılmasını və servisini bütün ölkə üzrə təqdim edir.

Video müşahidə sistemləri
Gündəlik həyatımızda hər yerdə video müşahidə kameraları ilə üzləşirik, ticarət mərkəzində, iş yerimizdə, xəstəxanalarda, banklarda və s., onlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişlər. Yeni texnologiyların köməyi ilə artıq video müşahidə sistemləri sərhəd tanımır.

“Azfire Safety” şirkəti video müşahidə sistemlərinin müxtəlif mürəkkəblikdə layihələndirılməsini, quraşdırılma və servisini həyata keçirir.Video müşahidə sistemlərinin tərkib elementləri kimi ən müasir kameralar, monitorinq sistemləri, proqram təminatı istifadə olunmaqdadır.

Yanğın söndürmə cihazları
Yanğın söndürmə cihazları yanğın təhlükəsizliyinin ayrılmaz elementi olmaqda qalmaqdadır. Yanğın söndürmə cihazlarına yanğınsöndürənlər, yanğın söndürmə qutuları və s. daxil edilə bilər. Hər növdə və ölçüdə təqdim olunmaqla yanğın söndürmə cihazlarının geniş çeşidi şirkət tərəfindən təqdim olunur. Yanğın söndürmə qutularının adı və dizayn versiyaları müştərilərimizə təqdim olunmaqdadır.

Girişə nəzarət sistemləri
Girişə nəzarət sistemləri təhlükəsizlik sistemlərinin aparıcı tərkib elementlərindən biridir. Qorunan obyektə daxil olmanı məhdudlaşdırmaqla sistem vasitəsi ilə bir sıra sahələr üzrə müşahidənin aparılması mümkündür. Müasir texniki vasitələr işçilərin, nəqliyyat vasitələrin daxil olmasına nəzarətlə bərabər onlar haqda tam məlumat vermək iqtidarındadır. Girişə nəzarət vasitələrinə müxtəlif növ turniketlər, şlaqbaum və xüsusi giriş kartları və s. aid edilə bilər.

azfire-logo-bottom

“Azfire” şirkəti 2014-cü ildə yaradılır.
Şirkətin əsas fəaliyyət sahələrinə yanğın söndürmə sistemləri, yanğın mühafizə siqnalizasiyası və digər təhlükəsizlik
sistemləri aid edilir. Daha ətraflı

BİZİ İZLƏYİN

BİZİMLƏ ƏLAQƏ

Ünvan: Ə. Rəcəbli küç. 46N
            Bakı, Azərbaycan

Telefon: (+994 12) 564 69 23

Faks: (+994 12) 564 74 08

E-mail: info@azfire.az